SOROSUN ADAMI OLDUĞU İSBAT EDİLDİ

    6

    Kılıçdaroğlu Sorosun muzdlularına “alnınızdan öpürəm” demişdi

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatı ölkənin müxalifətçi CHP partiyasının başçısı Kamal Kılıçdaroğlunun “Sorosun adamı” olduğunu yazıb.

    Türkiyədə Gəzi hərəkatı adlanan çevriliş cəhdinin əsas təşkilatçısı, milyarder Corc Sorosun dəstəklədiyi TESEV (Türkiyə iqtisadi və sosial araşdırmalar fondu ) fondunun təşkilatçı üzvü Kılışdaroğlu Açıq Cəmiyyət İnstitutunun Türkiyədən getməsi qərarının ardından Almaniyaya yollanıb. CHP liderinin Soros tərəfindən 2008-ci ildə kəşf edildiyi və CHP-ni idarə eləməsini planlaşdırdığı aşkara çıxıb.

    Qızıl Soros Osman Kavalanın Gəzi çevriliş cəhdini planlaşdırıb idarə edən Anadolu Kültür təşkilatında aparılan əməliyyatdan və Kavalanın etirazları təşkil eləmək üçün pulları Avropa İttifaqı fondlarından və Lamaniyanın Frederik Ebert fondundan aldığını etiraf eləməsindən sonra məşhur “araqarışdıran” Corc Sorosun Açıq Cəmiyyət Fondu Türkiyədəki fəaliyyətini tələsik dayandırmaq qərarını verib.

    Soros Gəzi hərəkatını dəstəkləyib

    Soros hücrəsinin Türkiyəni tərk eləmək qərarından sonra bütün nəzərlər CHP-nin rəhbəri Kamal Kılıçdaroğluna yönəlib. Kılıçdaroğlu, Açıq Cəmiyyət Fondunun dəstəklədiyi, Türkiyədəki bir çox xaotik əməliyyatın mərkəzi bazası olan TESEV-in 183 nömrəli qurucu üzvüdür. Bu həqiqəti aşkara çıxaran isə 2015-ci ildə CHP-nin İstanbuldan millət vəkili seçilmiş Barış Yarkadaşdır. Kılıçdaroğlu, TESEV üzvlüyünü qəbul etsə də, heç bir tədbirdə iştirak eləmədiyini iddia edib. TESEV-in başçısı olan Soros “Gəzi etirazçılarını tibbi və hüquqi məsələlərdə dəstəklədik” sözləri ilə Gəzi çevriliş cəhdindəki rolunu elan etdiyi halda, Kılıçdaroğlu Türkiyədə məxməri inqilabla çevriliş cəhdi edən nümayişçilər barəsində demişdi: “Mən bu gənclərin alnından öpürəm”.

    2008-ci ildə yazıblar

    Dİgər tərəfdən də Kılıçdaroğlunun Almaniya səfəri çərçivəsində Kavalanın özünün maliyyə mənbəyi olaraq göstərdiyi Frederik Ebert fonunun proqramında iştirak eləməsi də suallar doğurub. Kılıçdaroğlu-Soros əlaqəsinin TESEV ilə məhdudlaşmadığı bəlli olub. Sorosun maliyyələşdirdiyi “Central Asia” adlı institutun 2008-ci ilin oktyabr ayında Türkiyə ilə əlaqədar yaydığı hesabatda Kamal Kılıçdaroğlunun Dəniz Baykalın əvəzinə CHP sədri kürsüsünə keçməsinin lazım olduğu vurğulanıb. Bu hesabatdan sonra Kamal Kılışdaroğlu gözlənilmədən 2009-cü ilk seçkilərində İstanbul şəhərinin bələdiyyə başçılığına namizəd olub. 2010-cu ildə isə FƏTÖ-nün Dəniz Baykala qarşı kaset tələsindən sonra eynilə Sorosun təşkilatının yazdığı kimi CHP-nin başçısı Kamal Kılıçdaroğlu oldu.

    Hurriyyet.org