SOROS GÖZÜNÜ YUMUB AĞZINI AÇDI

    6

    Hurriyyet.org xəbər verir ki, macar əsilli amerikalı milyarder Corc Soros Avropa İttifaqını ölkəyə daxil olan qaçqınlar üçün vəsait ödəməyə çağırıb.

    “Qardian” yazır ki, “Corriera della Sera” qəzetində məqaləsi dərc edilən Soros İtaliyada radikal sağ partiyaların seçkilərdə uğur qazanmasının “İtaliyanın üzərinə ədalətsiz yük yıxan bir Avropadan” narazılığını bildirib.

    Soros yazıb: “Qısa müddət əvvələ qədər qaçqınların əksəriyyəti getmək istədikləri Şimali Avropaya çata bilirdilər. Lakin 2015-ci ilin sentyabrında Fransa və Avstriya sərhədlərini bağlayıb və xilas edilən qaçqınlar İtaliyada qaldılar. Bu vəziyyət haqsız olmaqla yanaşı, İtaliyanın bir çox Avropa ölkəsinin iqtisadi mənada geridə qaldığı bir dövrdə, İtaliya üçün maliyyə mənasında böyük bir yükdür. Yeganə çıxış yolu Avropa İttifaqının İtaliyaya gələn qaçqınlar üçün maliyyə təzminatı ödəməsidir. Avropa İttifaqı bu yolla davam edərsə, ultrasağ partiyalar daha çox səs toplayaraq, iqtidara gələcək və bununla da Aİ öz məzarını qazmış olacaq”.

    “Qardian” qəzetinin yaxdığına görə, 2013-cü ildən indiyə qədər İtaliyaya əksəriyyəti Şimali Afrikadan olan 700 min nəfər qaçqın daxil olub.

    Hurriyyet.org