Ermənistanın işğalçılıq siyasəti ilə bağlı PETİSİYA

    9

    Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə məlumat verilib. Bildirilib ki, qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi,məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.