SONET

27

                  

Yuxuda gördüm ki, min manatım var

Necə xoşbəxt idim, necə rahatdım.

Demək qaz pulu var, işıq pulu var.

Oyandım, pərt olub yenə də yatdım.

 

Ayda 120 manat qaz pulu,

Çətindir gecələr yandırmırıq qaz.

Balaca kürkümlə yatıram, neynim,

Yoxdur o qədər pul, yandırmaq olmaz.

 

Bəli, neyləməli bayırda gözəl

Sinaqoq tikdirdir şəhər merimiz.

Tikir ki, görsünlər necə bəxtiyar,

Necə də, firavan yaşayırıq biz.

 

Bəli, neyləməli, belədir həyat, 

Firavanlıq üçün yuxuya get, yat!

                                      Əlisa  NİCAT