Zığ şosesində baş verən güclü yanğın söndürüldü – FOTOLAR – YENİLƏNİB

    60

    Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

    *** 

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

    Yanğınla bağlı qərargah yaradılıb./report/

    ***

    Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evləri yanır.

    Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

    Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

     

    .