SON DƏQİQƏ: Bakıda supermarketdə güclü yanğın

    24

    Bakıda fəaliyyət göstərən supermarketlərdən birində güclü yanğın baş verib.

    Hurriyyet.org minval.info-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart”da qeyd alınıb.

    Şahidlərin məlumatına görə, əraziyə yanğınsödürən maşınlar cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər gedir.

    Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

    Əlavə məlumat veriləcək.