SON DƏQİQƏ: Bakıda “Qoç ət” restoranı YANIR – FOTO

    162

    Bakının Yasamal rayonunda yanğın olub.

    Hadisə Hüseyn Cavid prospekti 147a ünvanında yerləşən "Qoç ət" restoranında qeydə alınıb.

    İlkin məlumata görə, yanğın restoranın havalandırma sistemində yaranmış nasazlıq səbəbindən baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir beçə yanğınsöndürən maşınları və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın artıq söndürülüb, restoranın əməkdaşları ərazidən təxliyyə olunub. \\APA