“Son taksi qərarının sırf taksi sürücülərinə bir xeyri olacaqmı?” – ASLAN İSMAYILOV

114

Paytaxtda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Bu qiymətlər isə Tarif Şurası tərəfindən tənzimlənəcək. Mövzuyla bağlı Hurriyyet.org-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov, lisenziya növlərinin, tənzimləmələrin sayının, qadağaların kəskin azaldılmasının vacibliyini bildirib:

“Uzun müddətdir ki, kiçik və orta sahibkarlığın qorunmasına çağırıram, çünki indiki ağır iqtisadi durumdan ölkəni, ilk növbədə hakimiyyəti məhz onlar xilas edəcək. Bunun üçün lisenziya növlərinin, tənzimləmələrin sayının, qadağaların kəskin azaldılmasının vacibliyini deyirəm. Bunu adi məntiq diqtə edir.

Mətbuat isə yazır ki, taksi tariflərini də tənzimləyəcəklər. Bu gedişlə bazarda pomidor, xiyar qiymətlərini də müəyyən edəcəklər.

Həqiqətən, görən bunlar belə qərarlar verəndə hansı amillərə əsaslanırlar? Son taksi qərarının sırf taksi sürücülərinə bir xeyri olacaqmı?! Olmayacaqsa, indiki durumda bu qərarı verməkdə məqsəd nədir?!”

YƏHYA