“Son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icazə verilməsinə zəmin yaradır” – VÜQAR BAYRAMOV

129

“Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədəuyğundur”

“Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icazə veriləcəyini soruşur. Aylardır ki, o nəvəsini görmək istəyir, amma karantin səbəbindən paytaxtı tərk edə bilmir”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Milli Məclisin üzvü hesab edir ki, əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icazə verilməsinə zəmin yaradır: “Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu da heç bir halda bizdə arxayınçılıq yaratmamalıdır və vaksin tapılana, pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var. Bununla yanaşı, paytaxtdan rayonlara səfərlər, həmçinin bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir. Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehiyac var. Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədəuyğundur. Okyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq, icazənin götürülməsi daha da aktuallaşıb”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org