“SOCAR strukturuna daxil olan idarə və müəssisələrdə yoluxma müşahidə olunur” – MİRVARİ QƏHRƏMANLI

36

“Bu gün Günəşli yatağına məxsus 15 və 19 saylı DDÖ-dən 180 nəfər işçinin sahilə çıxarılması planlaşdırılıb. Hər özüldə 3 gün müddətində 15-20 nəfər işçi saxlanılacaq. Özüllər tam dezinfeksiya olunduqdan sonra karantində saxlanılmış və test olunmuş  işçi heyəti özülə buraxılacaq”. Hurriyyet.org xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Qəhrəmanlı qeyd edib ki, dünən Günəşli yatağı üzrə 8 nəfərdə yoluxma olub: “Yoluxma tək Günəşli yatağında yox, SOCAR strukturuna daxil olan Azneft İB (əsasən özüllərdə)və  başqa idarə və müəssisələrdə də müşahidə olunur”.

Şamo EMİN, Hurriyyet.org