Həlak olmuş neftçilərin xatirəsi əbədiləşdirilir

    3

    SOCAR-ın prezidenti görüşdə qaldırılan məsələlərin həlli istiqamətində şirkət tərəfindən hər cür dəstək göstəriləcəyini qeyd edib, itkin düşənlərin ailə üzvlərinin üzləşdikləri çətinliklərin aradan qalıdırılmasına yardım edilməsinin hər şeydən öncə, vətəndaşlıq borcu olduğunu bildirib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ““Neft Daşları““ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib, ölənlərə Allahdan rəhmət, itkin düşənlərin ailə üzvlərinə səbr diləyib.