“SOCAR benzini çox baha satır, ucuzlaşdırsın” – KEÇMİŞ DEPUTAT NAZİM BƏYDƏMİRLİ

276

“Moskva sakini Bakı sakinindən təqribən 2 dəfə çox benzin ala bilər”

“Rusiyada bu gün “Аİ-95” benzin 46,2 rubl (1 man 12 qəp),  “Аİ-92” benzin 42,66 rubl (1 man 02 qəp),  “Аİ-98” benzin isə  52,24 rubl (1 man 27 qəp). Mən bu gün “Aİ-95” markalı benzini 1 man 10 qəpik hesabı ilə aldım. Deyəsən, bizdə “Aİ-98” Rusiyadan baha olmalıdır, ancaq “Aİ-92” 12 qəpik ucuzdur”. Hurriyyet.org xəbər verir ki, bunu keçmiş deputat Nazim Bəydəmirli deyib.

“Rusiyanın paytaxt sakini orta hesabla aldığı maaşa 2282 litr, Azərbaycanın paytaxt sakini isə Bakı statistika idarəsinin məlumatına görə ortalama nominal 1022 manat maaş alıb ki, bu pula 1135 litr benzin ala bilər”,-deyə keçmiş deputat əlavə edib.

Bəydəmirlinin sözlərinə görə, beləliklə, Moskva sakini Bakı sakinindən təqribən 2 dəfə çox benzin ala bilər: “SOCAR benzini çox baha satır, ucuzlaşdırsın”.

Şamo EMİN, Hurriyyet.org