Sobsan boya fabrikinə məxsus sexdə yanğın davam edir – VİDEO

96

Hurriyyet.org-un məlumatına görə, Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Qeyd edək ki, yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.