Şöbə müdiri icra başçısının bu təklifinə görə işdən çıxdı

159

Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Əziz Əzizov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudarov Barxudar İsmayıl oğluna kiçik vəzifəyə keçirməyi təklif edib.

Bununla razılaşmayan 1-ci dərəcə dövlət qulluqçusu öz ərizəsi ilə işdən çıxıb.

Əziz Əzizovun əmri ilə, Fikrət Məmmədov Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər 30 saylı Suraxanı birinci seçki dairəsinin sədri vəzifəsində çalışıb.