Öskürəyi sağaldan təbii vasitələr. 3 sınanmış resept

    12

    Öskürək bir çox respirator infeksiyaları müşayiət edir.

    Öskürəyin effektli müalicəsi üçün orqanizmə kifayət qədər maye daxil olmalıdır – bu adi su, çay da ola bilər. Maye bəlğəmi durulaşdıraraq orqanizmdən xaric etməyə kömək edir.

    Öskürək zamanı istifadə olunan bəzi təbii vasitələr sağalmanı tezləşdirə bilər.

    Sizə 3 belə vasitəni təqdim edirik.

    1. Kəklikotu çayı

    Almaniyada aparılmış bir elmi araşdırmada kəklikotunun çox yaxşı öskürək əleyhinə təsiri aşkar olunub.

    Resept 1: 1 ç.q. kəklikotunu 1 stəkan qaynar suda 30 dəqiqə dəmləyin, süzün və adi çay kimi için. Dəmləməyə bal əlavə edə bilərsiniz.

    2. Biyan kökü dəmləməsi

    Biyan kökü ən tanınmış öskürək əleyhinə vasitələrdən biridir.

    Resept 2: 10 qr xırda doğranmış biyan kökünü yarım l qaynar suda 1 saat dəmləyin. Gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla için.

    3. Zəncəfil dəmləməsi

    Zəncəfil Şərqdə qədim zamanlardan öskürəyin müalicəsində istifadə olunur.

    Resept 3: Zəncəfil kökündən 3-4 sm uzunluqda olan tikə kəsin, təmizləyin, sürtgəcdən keçirin, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə dəmləyin, sonra süzün və bal əlavə edib için. \\Saglamolun.az