Siyavuş Novruzovun oğlu da məzun oldu – FOTO

189

Bu gün Azərbaycanda orta məktəb məzunları üçün virtual “Son zəng” keçirilib. Ümumilikdə bu il orta məktəbin XI sinfini 80646 şagird bitirib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, orta məktəbi bitirənlər arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun oğlu Seymur Novruzov da var.

Seymur Novruzov virtual “Son zəng” keçirənlər arasında olub.

Qeyd edək ki, Seymur Novruzovun anası Səbinə Əliyeva Azərbaycan Respublikasının Ombudsmanıdır (İnsan hüquqları üzrə Müvəkkil).