Siyəzəndə iki yük maşını toqquşub

63

Hadisə nəticəsində xəsarət alanlar var

Siyəzəndə iki yük maşını toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.