Şirvan şəhəri Mikayıl Müşfiq küçəsi sakinlərinin illərdir davam edən yol problemi: ŞİRVAN İCRA HAKİMİYYƏTİ ZƏNGLƏRƏ CAVAB VERMİR

312

Şirvan şəhəri Mikayıl Müşfiq küçəsinin sakinləri illərdir yol problemiylə üz-üzə qalıb. İllərdir ki, bu küçə hər zaman olduğu kimi tozu ilə, palçığı ilə qalmaqdadı. Küçənin kələ-kötür, dağınıq olması səbəbindən bura nə təcili yardım gələ bilir, nə də taxi.

Hurriyyet.org-a müraciət edən sakinlər deyirlər ki, Mikayıl Müşfiq küçəsinə yağışlı havada girmək mümkün deyil. Ərazidə yaşayan sakinlər dizə qədər çıxan palçıqda gedib-gəlməli olurlar, palçıqlı yollar qəsəbə sakinlərinin avtomobillərini sıradan çıxarır. Dəfərlərlə rəsmi qurumlara müraciət edilməsinə baxmayaraq, sakinlərin yol problemi indiyənə qədər həllini tapmayıb.

Məsələylə bağlı Şirvan şəhər İcra Hakimiyyətiylə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən tapılmadı.

Daha sonra, Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliy ilə əlaqə saxladıq. Agentlikdən məsələnin araşdırılması üçün redaksiyamızın əlaqə nömrəsi götürüldü.

REDAKSİYADAN: Mövzunu davam etdirəcəyik

YƏHYA