Şirvan, Hacıqabul və Bakının üç rayonunda su kəsiləcək

186

Şirvan və Hacıqabul şəhərlərində, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.