Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu

27

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb. 

Hurriyyet.org-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur. 

Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları, daha dəqiqi siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.