Sincan-Uyğurda zəlzələ baş verib

60

 

Çinin Sincan-Uyğur Muxtar Rayonunda, Şərqi Türküstanda 4,8 bal gücündə zəlzələ baş verib.

Məlumatı Çinin Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, zəlzələnin mərkəzi Turfan şəhərinin Toksun rayonu olub. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.

Zəlzələ muxtar bölgənin Urumçi, Korla, Çəngcidə və başqa şəhərlərində hiss edilib. İtki və dağıntı barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Sincan-Uyğur Muxtar Rayonunda əsasən uyğur türkləri yaşayır. Son illər mərkəzi hakimiyyət etnik nisbəti dəyişmək üçün bölgəyə başqa etnosların nümayəndələrini müxtəlif bəhanələrlə yerləşdirib./report.az/