Sinan Akçıl idman salonundan oğurluq etdi

33

Məşhur türkiyəli sənətçi Sinan Akçıl məşq etdiyi idman salonundan oğurluq edib.

Musavat.com bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata əsasən, hadisə İstanbulun Maslak ərazisindəki idman zalında baş verib. İddialara görə, Sinan Akçıl fitneslə məşğul olduqdan sonra məşq etdiyi qantellərdən birini çantasına qoyaraq özü ilə aparıb. Salonun işçiləri uzun müddət qanteli axtarıb, tapa bilmədikləri üçün kamera görüntülərini araşdırıblar. Zalın təhlükəsizlik kameralarındakı görüntülərə baxan işçilər qanteli sənətçinin götürdüyünü görüblər.

Müğənniyə bununla bağlı zəng olunsa da, o, əvvəlcə ittihamları inkar edib. Lakin kamera görüntülərinin olduğunu eşidən kimi qanteli idman salonuna geri qaytarıb.

Xalidə Gəray,
Musavat.com