Bozqurd inancı: Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

    6

    Simvolikaya fikir versək görərik ki, türk xalqlarının mifologiyasında qurd qədər dəyər verilən ikinci belə varlıq yoxdur. Qurd ağzı bağlamaq, istər qurd dişini üstündə gəzdirmək – bunlar hamısı elə-belə yaranan inamlar deyil. Bunun təbii ki, kökü var. Ola bilsin ki, bu bağlılıq qurdun xasiyyəti ilə türk törəsi arasındakı oxşarlıqdan gəlir. Yəni, qurd ömründə bir dəfə evlənir, monoqam ailə insanlardan əvvəl bozqurdlarda olub. Sonra qurd leş yemir. O ancaq ovladığı heyvanın boğazını sındırır, biraz qanı ilə qidalanır, ondan sonra leşi çaqqallara qoyub gedir. Qurd qocalanda sürüyə yük olmamaq üçün sürüdən uzaqlaşır. Bu ancaq türk xarakterinə uyğundur. Türkü nicata aparan, türkün törəyişində yaxından iştirak edən bir heyvanla bağlı inanclar bu gün Novruz kimi təqdim etdiyimiz, əslində isə “Ergenekondan çıxış“ bayramı ilə birbaşa bağlıdır. Artıq çərşənbələr başlayıb. Bütün tamaşaçıları təbrik edirik, qoy Ulu Tanrı Sizləri darlıqdan qurtarsın. Çünki “Ergenekondan çıxış“ darlıqdan qurtarmaq deməkdir. Qoy, Ulusumuzun bayramı mübarək olsun!