Şimali Koreyada tərbiyəsiz gənclərlə yanaşı, valideynləri və müəllimləri də cəzalandırılacaq

78

Hurriyyet.org xəbər verir ki, Şimali Koreya rəhbərliyi ölkə gəncləri arasında əxlaqsız davranış hallarının artdığını və belə hallarla mübarizəni gücləndirmək üçün onların əməllərinə görə, tərbiyə prosesində nöqsanlara yol verdikləri üçün müəllimlərinin və ailələrinin də cəzalandırılacağı barəsində xəbərdarlıq edib.

Free Asia (RAF) radiosuna müsahibə verən şimali koreyalı anonim mənbə, ölkənin gənclər təşkilatının araşdırması nəticəsində son dövrdə bir sıra gənc oğlan və qızların əxlaqsızlığı təbliğ edən qruplaşmalara qoşulduqlarını aşkar elədiyini və Koreyanın Fəhlə Partiyasının Mərkəzi Komitəsinin bu şəxslərə qarşı güclü tədbirlər görməyə hazırlaşdığını bildirib: “Kapitalist həyat tərzinin təsiri altına düşmüş gənclər arasında əxlaqın pozulması problemə çevrilib… Komitə bu tip davranışları cəmiyyətimizin yox olmasına yardım edəcək xəyanət hesab edir. Ona görə də onlar sərt şəkildə cəzalandırıla bilər”.

Hurriyyet.org