Şimali Koreya lideri Kim Çen In səlahiyyətlərinin bir hissəsini bacısına təhvil verib

42

Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, KXDR lideri Kim Çen In səlahiyyətlərinin biz hissəsini kiçik bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Yo Çjona təhvil verib.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, buna baxmayaraq, KXDR lideri hələ də ali hakimiyyətin əsas təsir imkanlarını tam əlində saxlayır. O, həmçinin iqtisadi sahədə səlahiyyətlərinin bir hissəsini Nazirlər Kabinetinin yeni sədri Kim Dok Huna və Dövlət Şurasının sədr müavini Pak Bon Dyuya ötürüb.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, səlahiyyətlərin bu şəkildə bölgüsü KXDR liderinin varisinin müəyyən olunması mənasina gəlmir.