Şimali Koreya Cənubi Koreyanı təhdid eləmişdi. Binanı havaya uçurdular. Sərhədə qoşun toplanır

123

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çenin bacısı  Kim Yo Jonqun “ordunu sərhədə göndərərik” təhdidindən sonra bu gün ordu tərəfindən belə bir açıqlama verilib: “Hərbçilərimizi silahsız bufer zonasına göndərmək üçün əməliyyat planı üzərində işləyirik”.

Cənubi Koreyadan verilən son məlumata görə, Keson şəhərində yerləşən, Şimali və Cənubi Koreya arasındakı birgə əlaqə ofisinə Şimali Koreya tərəfindən hücum edilib.

AFP agentliyinin paylaşdığı son təsvirlərdə 16 iyun tarixində Şimali Koreya ordusu üzvlərinin sərhəd kəndlərinə toplaşdıqları görünür.

Hurriyyet.org