Şimal cəbhəsində “muzdlu böhranı”: Muzdlularla erməni hərbçiləri arasında intensiv qarşıdurmalar baş verir

66

Ermənistan silahlı qüvvələrinin Ağdərə-Kəlbəcər istiqamətində cəmləşdirdiyi muzdlu terrorçular arasında özbaşınalıq artıb.

Ordu.az-ın məlumatına görə, Ermənistan hərbi-siyasi rəhbərliyi cəbhənin şimal istiqamətində tükənən qüvvələrini kompensasiya etmək üçün Livan, Fransa və Suriyadan gəlmiş terrorçuları sözügedən istiqamətə cəmləşdirib.

Düşmənin rabitə danışıqları nəticəsində məlum olub ki, muzdlular arasında özbaşınalıqlar, tabesizlik hökm sürür. Onlar əsasən təchizatın zəifliyindən şikayətlənirlər.

Öz növbəsində erməni hərbçiləri onları ərazini bilmədiklərinə, ünsiyyətin təşkilində çatışmazlıqları olduğuna görə sıxışdırır, ələ salırlar.

Ayrıseçkilik, yad münasibət nəticəsində muzdlular və erməni həbçilərinin arasında baş verən mübahisə bir neçə dəfə dava ilə sonlanıb. Nəticədə muzdluların əksəriyyəti döyüşməkdən imtina edib.