Silahlı dronlardan nöqtə atışı. Qadınları canlı bombaya çevirən terrorçu “Amara” zərərsizləşdirildi

126

Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının ana qərargahı olan Qəndildə qadınları canlı bomba olaraq yetişdirən, onlarla insanın qətlə yetirildiyi bir çox terror aktının müəllifi olan “Doktor Amara” kod adlı terrorçu Müzeyyen Aydınlı Lisedə silahlı PUA ilə keçirilən əməliyyat nəticəsində nöqtə atəşi ilə zərərsizləşdirilib. O, uzun illər boyunca İraqın şimalındakı Qəndil terror yuvasında kamikadze terrorları üçün qadınları canlı bombaya çevirib, ümumilikdə 174 nəfərin qətlinə bais olan terror aktlarının müəllifi olub.  42 yaşlı M.Aydınlının öldürüldüyü kənddə bir neçə il bundan əvvəl arıçılıqla məşğul olan ata ilə oğulu işgəncə ilə qətlə yetirdiyi ortaya çıxıb.

Üç terrorçunun ölümü ilə nəticələnən əməliyyat nəticəsində Diyarbakırın Lise rayonunun Akçabuçak kəndində aralarında “Doktor Amara” da olmaqla üç terrorçu zərərsizləşdirilib.