Şiddətli külək kişini qaldırıb asfalta çırpdı – VİDEO

57

Rusiyanın Yekaterinburq şəhərində güclü qasırğa fəsadlar törədib, külək ağacları kökündən çıxarıb, evlərin damını uçurub.

REN TV xəbər verir ki, internetdə qasırğa zamanı xəsarət alan kişinin görüntülərini əks etdirən kadrlar yayımlanıb.

Şəhər sakinlərindən biri güclü külək nəticəsində yerə düşən polikarbonat dam örtüyünü qaldırmaq qərarına gəlib. Lakin külək o qədər güclü olub ki, dam örtüyünü və üstündə dayanan kişini havaya qaldıraraq asfalta çırpıb.

/oxu.az/