Şeytana vəsvəsə verən Manaseryan: “Şuşada namaza çağırışı eşitmək ölüm cəzasından da qorxuncdur”

348

 

Hurriyyet.org xəbər verir ki, erməni iqtisadçı Tatul Manaseryan öz “Feysbuk” səhifəsində Baş nazir Nikol Paşinyanın istefa verməyəcəyini yazıb və ona belə bir “cəza” vermyi təklif edib: “Onu tutmaq, döymək və ya öldürmək lazım deyil. Onları ailəliklə Vazgen Sparapetin heykəlinin qarşısındakı skamyaya bağlayıb, ömür boyunca gündə bir neçə dəfə Şuşada namaza (görünür, kafir iqtisadçı azan səsini nəzərdə tutur – red.) qulaq asmağa məcbur eləmək lazımdır. Bu, ölüm cəzasından daha qorxuncdur”.