“Səudiyyə Ərəbistanı və Rusiya…” – ABŞ İRANI XƏRİTƏDƏN SİLDİ

    6

    ABŞ: “İranın yerində yaranacaq boşluğu Səudiyyə Ərəbistanı və Rusiya dolduracaq”

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın enerji naziri Rik Perri İranın neft ixracatının əngəllənməsindən sonra yaranacaq boşluğun Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən doldurula biləcəyini söyləyib.

    Vaşinqtonda keçirilən Ümumdünya Qaz Konfransında çıxış edən Perri ABŞ-ın İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin qlobal neft bazarında yaradacağı azalmanın Səudiyyə Ərəbistanı ilə Rusiyanın istehsalı artırmaları nəticəsində aradan qaldırılacağına bel bağladığını vurğulayıb.

    Perri İrana qarşı sanksiyaların tətbiqi nəticəsində yaranacaq boşluğun OPEK (OPEC – Neft İxrac Edən Ölkələr Təşkilatı) üzvləri tərəfindən doldurulacağına ümid elədiyini əlavə edib.

    Hurriyyet.org