Səudiyyə Ərəbistanı ümrə ziyarəti üçün əlavə vergi alacaq

    15

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı 2020-ci ildə ümrə də daxil olmaqla, bütün ziyarətlər üçün viza alan vətəndaşlarla bağlı yeni bir qərar verib. Yeni qərara görə viza alan vətəndaşlar adambaşına təqribən 204 manat (300 SAR) ödəniş alacaq.

    Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin qərarına görə, bundan əvvəl 3 il ərzində müqəddəs torpaqlara bir dəfədən artıq səfər edənlərdən alınan təqribən 900 manatlıq (2000 SAR) vergi ləğv edilib.

    Lakin yeni ümrə dövründən başlayaraq müqəddəs torpaqları ziyarət edəcək hər kəsdən adambaşına 204 manat (300 SAR) alınacaq.

    Hurriyyet.org