Səudiyyə Ərəbistanı tarixində ilk dəfə mədəniyyət naziri təyin edildi

    6

    Səudiyyə Ərəbistanı tarixində ilk dəfə ölkəyə mədəniyyət naziri təyin edilib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bununla bağlı kral Salman bin-Əbdüləziz əl-Səud uyğun fərman imzalayıb.

    O, ilk mədəniyyət naziri vəzifəsinə Səudiyyə şahzadəsi Bədr bin-Abdullah bin-Farxan əl-Səudu təyin edib.

    Monarx Səudiyyə Ərəbistanının mədəniyyətinin inkişafına cavabdeh olacaq müstəqil nazirliyin yaradılması haqqında göstəriş verib. Əvvəllər bu sahəyə Krallığın İnformasiya və Mədəniyyət Nazirliyi nəzarət edirdi.