Səudiyyə Ərəbistanı neft istehsalına qismən başlaya biləcəyini bildirdi

    12

    Hurriyyet.org xəbər verir ki, Səudiyy Ərbistanının “Aramco” adlanan milli neft şirkəti hücumdan sonra dayandırılmış neft istehsalının təqribən üçdən birinin bazar ertəsi gününün axırına qədr yenidən bərpa oluna biləcəyini bildirib. ABŞ-ın “Uoll Strit Cornel” nəşrinin xəbərinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri tam istehsalı bərpa eləmək üçün həftələrlə vaxt lazım olduğunu bildiriblər.

    Səudiyyə Ərəbistanında neft istehsalı müvəqqəti dayandırılıb

    Səudiyyə rəsmiləri hücumlar nəticəsində gündəlik 5,7 milyon barrel istehsalın dayandırıldığını, qlobal istehsalın 5%-nə bərabər olan bu rəqəmin dünya neft bazarına təsir edə biləcəyini söyləyiblər.

    Qərb ölkələrinin paytaxtları fövqəladə vəziyyətlərdə öz ehtiyatlarından istifadə edə biləcəklərini bildirdikləri bir zamanda, Səudiyyə rəsmiləri də qısamüddətli tədarük ehtiyaclarını ödəmək üçün anbarlardakı ehtiyat nefti bazara çıxarmaq variantını müzakirə elədiklərini bildib.

    Dünya neft bazarı sonuncu dəfə 1990-cı ildə, İraqın Küveyti işğal elədiyi zaman gündə 4 milyon barrel istehsal itkisi ilə qarşılaşmışdı.

    Səudiyyə Ərəbistanına hücum

    Səudiyyə Ərəbistanının milli neft şirkətinə məxsus 2 fabrikə cümə ertəsi günü yerli saatla 4.00-da silahlı pilotsuz uçuş təyyarəsi ilə edilən hücum nəticəsində yanğın baş vermişdi.

    Ölən və yaralananların olmadığı hücumla bağlı heç kim ittiham edilmədiyi halda, Yəməndə fəaliyyət göstərən Husilər yazılı açıqlamalarına hücumu 10 ədəd dron vasitəsi ilə təşkil elədiklərinə işarə vurmuşdular.

    Hurriyyet.org