Səudiyyə Ərəbistandan gərginliyi artıran çağırış: “HƏRƏKƏTƏ KEÇİN!”

    9

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr beynəlxalq ictimaiyyəti İranın İngiltərənin gəmisini saxlamasına qarşı hərəkətə keçməyə çağırıb. Cübeyr rəsmi “Tvitter” hesabındakı paylaşmasında yazıb: “Bu, beynəxalq hüququn pozulmasıdır. İran bilməlidir ki, onun davranışı, xüsusilə də Britaniya tankerini ələ keçirməsi qətiyyən yolverilməzdir. Dəniz gəmiçiliyində azadlığın hər hansı şəkildə pozulması beynəlxalq hüquq normalarına ziddir”.

    İyulun 19-da axşam saatlarında İran İnqilabı Keşikçilərinin Hərbi Dəniz Qüvvələri Hörmüzd boğazında, İranın ərazi sularında Britaniyaya məxsus “Stena Impero” tankerini saxlayaraq, onu Bender Abbas limanına yönəldiblər. Tankerin 23 nəfərdən ibarət heyəti (o cümlədən 3 nəfər rusiyalı) gəmidə qalmaqdadır, lakin gəminin sahibi onlarla əlaqə saxlaya bilmir. İran hakimiyyəti tankerin limanda lövbər saldığını bildirib. “Stena” tankeri ilə bağlı insident iyulun 4-də Cəbəllüttariqdə Britaniya hakimiyyətinin İran tankerini saxlamasına İran hakimiyyətinin faktiki cavabıdır. “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarının pozulmasına ittiham edilərək ələ keçirilmişdi. İstintaq çərçivəsində polis İranın tankerinin kapitanını, kapitan köməkçisini və iki ekipaj üzvünü həbsdə saxlayır. Məhkəmə onların həbs müddətinin avqustun 15-dən uzadılması qərarını verib.

    Hurriyyet.org