Səudiyyə ordusunda qadın bölməsi yaradıldı – İLK DƏFƏ

15

Səudiyyə Ərəbistanı (SƏ) silahlı qüvvələrində tamamilə qadınlardan ibarət ilk qadın bölməsi yaradılıb (Arab News).

Quru qoşunları, hərbi-dəniz qüvvələri və hava-hücumundan müdafiə qoşunlarında, tibb xidmətlərində və raket hissələrində kiçik kapral, kapral, serjant və qərargah serjantları çinində orduya daxil olmaq istəyən səudiyyəli qadınlara 2019-cu ilin oktyabrından müraciət etməyə icazə verilib.

Bu, bir yenilikdir. Analitiklər isə onu vəliəhd şahzadə Salmanın təsirinin nəticəsi hesab edirlər./AzPolitika.info/