Səudiyyə mətbuatı: “Məkkənin məscidləri açılacaq”

36

Hurriyyet.org xəbər verir ki, Məkkədə məscidlərin ibadətə açılması üçün hazırlıq görülür.

Sədiyyə Ərəbistanının Məkkə şəhərində yeni tipli koronavirus tədbirləri çərçivəsində 3 ay bundan əvvəl qapıları bağladılmış məscidlərin qarşımızdakı bazar günü açılması nəzərdə tutulur.

Səudiyyə Ərəbistanında dərc edilən “Sabq” qəzetinin yazdığı xəbərdə Məkkə şəhərindəki 1560 məscidin açıqlacağı bildirilir. Xəbərdə namaz qılanlar və səflər arasında boşluq buraxılması, birdəfəlik səccadələrdən istifadə edilməsi kimi tədbirlərin görüləcəyi deyilir.

Rəsmi mənbələr hələlik məscidlərin açılması xəbərini təsdiqləməyiblər.

Səudiyyə Ərəbistanı 31 may tarixində iki aylıq fasilədən sonra Məkkədən savayı, ölkə miqyasındakı digər məntəqələrdə məscidlərin açıldığını bəyan eləmişdi.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 145 991 nəfər Kovid-19 virusuna yoluxub, onlardan 1139 nəfəri bu xəstəlik üzündən vəfat edib.

Hurriyyet.org