“Səsimə səs verən olmadı, çox çarəsizəm, yardım edin” – GÖYÇAY SAKİNİ

195

“Bütün qardaşlardan, bacılardan xahiş edirəm, bir fəqirin, yoxsulun, xəstənin səsinə səs versinlər”

Bu gün ölkədə ehtiyacı olan insanların sayının artmasına rəğmən, əksəriyyətinin səsinə hay verən yoxdur. Hətta özünü hökumətə yaxın hesab edən bəzi ictimai nüfuz sahibləri dövlətdən pay istəyənləri qınayırlar ki, buna ancaq təəssüf etmək olur. Sosial dövlət statusu daşıyan dövlətimizin “diqqət” və “qayğısı” ücbatından isə ehtiyac işərisində yaşayan insanlar sosial şəbəkələrdə yardım istəməyə məcbur olur. Belə durumdan olan vətəndaşlardan biri də Hurriyyet.org-a müraciət edən Göyçay rayon sakini Məmmədov Cavid İkram ogludur.

“Ağrılara dözə bilmirəm, gücüm, qüvvətim yoxdu”

C. Məmmədov xeyirxah insanlardan xahiş edir ki, ona yardım etsinlər: “Bu elanı hər yerdə -“feysbuk”da “instaqram”da, “votsap”da paylaşın, bəlkə görüb yardım edən, mənim səsimə səs verən oldu. Mən ailəliyəm, iki övladım var. Mən 2014-ci ilin mart ayından bağırsaq xəstəliyindən əziyyət cəkirəm, işləyə, müalicələrimi etdirə bilmirəm. Ağrılara da dözə bilmirəm, gücüm, qüvvətim yoxdu. Özümün də hec yerdən gəlirim yoxdu. Evim də yoxdu, kirayədə oluram. Ayi 100 manata kirayə pulunu verə bilmirəm”.

“3 dəfə Respubilka Xəstəxanasında yatmışam”

C. Məmmədovun sözlərinə görə, onun duz bağırsağında solitar xora var: “Bu diaqnozu mənə Onkoloji Xəstəxanada bağırsaq həkimi Elman həkim qoyub. O gündən bu günə kimi xəstəyəm, cox çarəsizəm. 3 dəfə Respubilka Xəstəxanasında yatmışam. “İstanbul” kilinikasında mədə bağırsaq həkimi Tərlan Qasımov deyir ki, “biz belə xəstələrə nadir hallarda rast gəlirik, bu xəstəliyin sağalması üçün uzun bir vaxt və zaman lazımdı”. Deyir, “düz bağırsaqda solitar xoranın ağır formasıdı, Türkiyədə əməliyyatı var, qiyməti 200 mindi”. Mənim sol gözümün əng sümüyü iki yerdən əməliyyat olmalıdı. Bunun üçün Almaniyadan iki dənə sümük gəlməlidi. Sol tərəfimi hiss etmirəm”.

“Mən bütün musəlmanlardan xahiş edirəm, yardım edin”

C. Məmmədov onu da qeyd edib ki, onun kiçik övladı Ömər anadan olandan başında maye kista, gematoma var: “Beyində geriləmə diaqnozu qoyulub. Həkim deyir ki Öməri Bakıda mərkəzlərə aparın. Orada masaj, tok, idman və sair müalicələr edilər. Bu da Ömərin sagalmasına çox köməklik edər, amma buna bizim imkanımız yoxdu. Ömərin mualicələrini etdirmək üçün gərək, biz Bakıda qalaq. Buna da pul lazımdı. Mən bütün musəlmanlardan xahiş edirəm, yardım edin. Mən öz haqqımda Göycay icra başcısına, Sosial Müdafiə Fonduna, Heydər Əliyev Fonduna, Mehriban Xanıma, Prezdent Aparatına və digər orqanlara, həmçinin  ATV kanalına, Zuar bəyə, Elgiz bəyə, Xoşqədəm xanıma müraciət etsəm də, mənim səsimə səs verən olmadi. Hətta 2015-ci ildə ATV kanalına Zaur bəyin verlişinə gedib qediyyatdan keçdim, dedilər səni qeydiyyata aldıq, get, cağıracağıq, hələ də gözləyirəm. Mən dillənmirəm, nə də dilənçi deyiləm, nə də kimdənsə istifadə etmirəm. Kim olanlara inanmırsa, gəlib bizim vəziyyətlə maraqlana bilər. Yaşadığım ünvan Göyçay rayonu Zeynalabdin Tağıyev kücəsidir, kirayədə oluram. Sizdən xahiş edirəm, kim evinə baxmağa ailə axtarsa, mənə deyin. Bizim evimiz yoxdu, gedib biz baxarıq. Göycayda, Bakıda belə ev olsa, mənə deyin, xahiş edirəm. Əlaqə telefonum 077-607-82-95. Bu nömrədə “votsap” da var. Bütün qardaşlardan, bacılardan xahiş edirəm, bir fəqirin, yoxsulun, xəstənin səsinə səs versinlər. Kim Allah rizası üçün yardım etmək istəsə, “Kapital” kart hesab nomrəsinə-4169733213272763 göndərə bilər. “MilliÖN” aparatından da gondərə bilərsiniz. Heç kəs məni qınamasın. Hec kəs bilmir, başına nə iş gələcək. Hərə 1 manat yardım etsə, dama-dama göl olar. Ən azından bu elanı paylaşın, savab qazanın. Paylaşin, hər  yerdə yayın ki, bəlkə görüb yardım edən oldu”.

 Şamo EMİN, Hurriyyet.org