“Sertifikatlaşma və qeydiyyat pəncərələri”nin fəaliyyət göstərəcəyi ÜNVANLAR

    21

    “İyulun 1-i həftənin bazar gününü olduğundan həftənin birinci günü yəni iyulun 2-si Qida Təhlükəsizliyi Agentliyinin “Sertifikatlaşma və qeydiyyat pəncərələri” əvvəlcədən təyin olunmuş ünvanlarda fəaliyyətə başlayacaq”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, qeydiyyat və dövlət reyestrinin aparılması prosesi ümumilikdə üç mərhələdə həyata keçiriləcək.

    “Buna baxmayaraq bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək”, deyə M.Piriyev vurğulayıb.

    Qeyd edək ki, Agentliyin “Sertifikatlaşma və qeydiyyat pəncərələri” isə aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

    1 saylı Bakı “ASAN kommunal” mərkəzi – Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr
    Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34, AZ1078

    5 saylı Bakı “ASAN xidmət” mərkəzi – Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr
    Ünvan: Bakı, A.M.Şərifzadə küç. 157

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi – Bakı şəhəri, Bakı ətrafı kənd və qəsəbələr
    Ünvan: AZ 1073,Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi,16

    Sumqayıt regional “ASAN xidmət” mərkəzi – Sumqayıt, Abşeron, Siyəzən, Qobustan, Xızı, Şamaxı
    Ünvan: Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d

    Quba regional “ASAN xidmət” mərkəzi – Quba, Qusar, Xaçmaz, Şabran
    Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 1

    Mingəçevir regional “ASAN xidmət” mərkəzi – Mingəçevir, Ucar, Göyçay, Ağdaş, Yevlax, Zərdab, Kürdəmir, Ağsu
    Ünvan: Heydər Əliyev prospekti 380 AZ 4500

    Masallı regional “ASAN xidmət” mərkəzi – Bliəsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik
    Ünvan: Masallı rayonu, Heydər Əliyev prospekti

    Qəbələ regional “ASAN xidmət” mərkəzi – İsmayıllı, Şəki, Qax, Qəbələ, Balakən, Oğuz, Zaqatala
    Ünvan: Qəbələ rayonu, Elçin Kərimov 79

    Gəncə regional “ASAN xidmət” mərkəzi – Goranboy, Gəncə, Göygöl, Samux, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən
    Ünvan: Gəncə, Heydər Əliyev prospekti 269

    Bərdə regional “ASAN xidmət” mərkəzi – Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Zərdab, İmişli, Goranboy, Naftalan, Yevlax, Beyləqan, Füzuli və işğal olunmuş ərazidə qeydiyyatda olan vətəndaşlar
    Ünvan: Bərdə rayonu, Heydər Əliyev prospekti 100

    Sabirabad regional “ASAN xidmət” mərkəzi – Hacıqabul, Şirvan, Sabirabad, Salyan, Neftçala, Saatlı, İmişli
    Ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti 128

    M.Piriyev bildirib ki, sahibkarlar sertifikatlaşma və qeydiyyatla bağlı ətraflı məlumatları agentliyin afsa.gov.az saytının “Xidmətlər” bölməsindən və ya göstərilən ünvanlardakı “Sertifikatlaşma və qeydiyyat pəncərələri”nə yaxınlaşaraq əldə edə bilərlər.