Sərnişinlər nə vaxta kimi pulsuz daşınacaq? – “BakuBus”dan AÇIQLAMA

    15

    İyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

    Hurriyyet.org bildirir ki, “BakuBus” MMC-dən verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

    Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Əlavə məlumat veriləcək.