Sərnişin “BakuBus”un sürücüsünü döydü

    18

    “BakuBus”un sərnişini avtobusa hücum edib.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Badamdar qəsəbəsində naməlum sərnişin “BakuBus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Faiq Məmmədovu döyüb.

    Naməlum şəxs daha sonra təpiklə vuraraq avtobusun şüşəsini sındırıb.

    Hadisəni törədən şəxs saxlanılıb.