Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar…

    27

    Ermənistanda sabiq prezident Serj Sarkisyan və onun arvadı Ritanın maliyyə fırıldaqları ilə bağlı qalmaqallı faktlar açıqlanıb.

    Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, erməni nəşri netq.am "Luys" xeyriyyəçilik fondunun fəaliyyəti ilə bağlı araşdırma aparıb. Bildirilir ki, Fondun təsisçisi keçmiş dövlət başçısı Serj Sarkisyan olub. İcraiyyə Komitəsinə isə onun Qarabağ qəbiləsi üzrə şərikləri-keçmiş baş nazir Tiqran Sarkisyan, Prezident Administrasiyasının başçısı olmuş Armen Qevorkyan və müdafiə naziri Viqen Sarkisyan daxil olublar.

    "Luys" fondu, hansının ki, vəsaitləri dövlət və şəxsi təşkilatların ödəmələrindən formalaşdırılırdı, rəsmən xaricdə erməni tələbələrinin təhsilinin maliyyələşdirilməsi ilə məşğul olmalı idi. Ancaq məlum olub ki, pulun yarısından çoxu naməlum istiqamətdə yoxa çıxıb. Onlarla milyon dollarla hesablanan konkret xeyriyyə köməyi alanlar haqda məlumatlar hesabat və sorğularda yoxdur. Nəşri yazır ki, Fondun icraçı direktoru bu barədə informasiyaları gizlədir.

    Hetq.am Fondun icraçı direktoru Vardan Markosyana 2009-2017-ci illərdə maliyyə köməyi almış bütün təşkilatların və şəxslərin siyahısı, həmçinin onun ölçüsü və hədəfi barədə məlumat vermək üçün sorğu göndərib. Amma icraçı direktor, müxtəlif səbəblər, o cümlədən 2016-cı ildəki dördgünlük müharibəni əsas gətirərək heç olmasa, siyahının bir hissəsini belə təqdim etməyib.

    Serj Sarkisyan və arvadı Ermənistanı necə talayıblar

    Bununla belə, nəşr Fondun fəaliyyəti ilə bağlı müəyyən sənədləri əldə etməyə nail olub. Həmin sənədlərdən məlum olur ki, 2009-cu ildən "Luys" fondu hökumətyönlü 40 müxtəlif təşkilata milyonlarla dollar vəsait köçürüb. Və bu, Sarkisyanın həmin xeyriyyə təşkilatı vasitəsilə həyata keçirdiyi müəmmalı əməliyyatların yalnız bir hissəsidir. "Xeyriyyəçilərin" istinad etdikləri əsas arqument yaralı əsgərlərə və hərbi əlillərə Yerevandakı bərpa mərkəzi üçün avadanlığın əldə edilməsi olub. Təbii ki, bərpa mərkəzi kimi, heç bir yaralı və əlil də heç nə almayıb…

    Sarkisyan öz qarabağlı həmyerlilərinin problemlərindən də faydalanıb. Məsələn, guya Fond "2016-cı ilin dördgünlük aprel müharibəsi nəticəsində zərər çəkmiş hərbi qulluqçulara, dinc sakinlərə və Tavuş vilayətinin Ayqepar icmasına qəlpə zərbələri nəticəsində zərər dəymiş evlərin damlarının bərpasına və başqa analoji proqramların reallaşdırmasına" pul yardımı göstərib.

    Yeri gəlmişkən, Ermənistan hakimiyyətinin işğal edilmiş Azərbaycan kəndi Talışda təmir işləri üçün nəzərdə tutulmuş pulu mənimsədiyi barədə virtualaz.org hələ bu ilin yanvarında yazmışdı…

    Və budur, hetq.am-da təsdiq edir ki, ən təxmini hesablamalara görə, "Luys" büdcəsinin yarısından çoxu birbaşa Carkisyanın və onun ətrafının ciblərinə gedib…

    "Çampord" ictimai fondu, "Gümrü və gümrürülər naminə inkişaf", Maarifləndirici "Ayb" Fondu, Ermənistanın elm və texnologiyalar Fondu, eləcə də başqaları kimi qurama təşkilatların, hansılar ki, "Luys"un vəsaitləri məhz onlar tərəfindən mənimsənilirdi, Qəyyumlar Şurasına Serj Sarkisyan və onun xanımı Rita Sarkisyan daxil idilər. Yeri gəlmişkən, pulların çıxarıldığı strukturlar arasında "Ermənilərin soyqırımı Muzey-institutu", Reproduktiv tibbə kömək Fondu "Araqil" və başqaları da olub. Hansıların ki, Qəyyumlar Şurasının fəxri sədri elə həmin Rita Sarkisyan imiş…