Serj Sərkisyan: “Rusiya 2010-2018-ci illərdə Ermənistana 50 min tondan çox silah verib”

21

“Rusiya 2010-2018-ci illərdə Ermənistanda 50 min ton həcmində pulsuz hərbi-texniki yardım göstərib”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan bu gün keçirdiyi mətbuat konfrasnında bəyan edib.

S.Sərkisyan hələ 2010-cu ildə Rusiyanın prezidenti vəzifəsini icra edən Dmitri Medvedevin rəsmi səfəri zamanı iki ölkə arasında imzalanan müqavilələrlə birlikdə əlavə protokol bağlandığını, həmin sənədə görə Rusiyanın Ermənistandakı hərbi bazasının üzərinə əlavə öhdəliklər qoyulduğunu xatırladıb.

“Biz 2018-ci il aprel hadisələrnə qədər 50 min tondan çox hərbi-texniki yarıdm almışıq. Əgər söhbət hərbi-texniki yardımdan gedirsə, bu, o deməkdir ki, sən onun üçün heç bir pul ödəmirsən”,-deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, bu ilin iyul ayında Tovuz döyüşləri zamanı da Rusiyanın hərbi-nəqliyyat təyyarələri Ermənistana ən müasir silah növlərini daşımışdı.