Sərhəd Xidməti “Keşikçidağ”dakı insidentlə bağlı MƏLUMAT YAYDI

    9

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi "Keşikçidağ"da baş verən hadisə haqqında məlumat yayıb.

    Hurriyyet.org xəbər verir ki, məlumatda deyilir:

    "İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

    Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

    Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib".

    Qeyd edək ki, bir qrup Gürcüstan vətəndaşı Azərbaycan sərhədçilərinin üzərinə hücum edib. Sərhədçilərimizin təmkinli davranışı nəticəsində mülki əhali ilə insident böyümədən sakitləşdirilib.