Sergey Markov: “Bu gün Qarabağdakı müharibənin qalibinin ad günüdür”

531

Hurriyyet.org xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, RF İctimai Palarasının üzvü, RF Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markov öz “Feysbuk” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Markov yazıb: “Bu gün Prezident İlham Əliyevin, Dağlıq Qarabağdakı müharibənin qalibinin ad günüdür. Həmin qələbədən sonra o, Azərbaycanın milli qəhrəmanı oldu. “Vedomosti” qəzeti isə onu “2020-ci ilin siyasətçisi” adlandırdı. Bu gün o, gözəl xanımı Mehriban ilə birlikdə Qarabağda öz müzəffər ordusunun şadlıq içərisində olan əsgərlərinin arasındadır”.

https://www.facebook.com/sergey.markov.5/posts/3332958966831745