Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etdi

    3

    Serbiya bu gündən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.

    Hurriyyet.org xəbər verir ki, indi Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

    Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.