Serbiya prezidenti Zaxarovanı “tərbiyəsiz” adlandırıb – “Onu bu vəzifəyə kim gətiribsə…”

108

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuatın Xidmətinin nümayəndəsi Mariya Zaxarova Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ Prezidenti Donald Trampın Oval Ofisdə keçirdiyi mətbuat konfransında uzaq məsafədəki stulda oturdulmasını Şaron Stounun “Əsas instinkt” filmi ilə müqayisə edib. Zaxarova “Feysbuk” səhifəsində Vuçiçin fotoşəklini “Əgər sizi Ağ Evə çağırıb, stulunuzu istintaqa çəkilirmiş kimi yerləşdirdikdə, özünü üstün tutan birisinin qarşısında oturulduğunuz zaman tövsiyəm budur ki, “Əsas instinkt”  filmindəki kimi əyləşəsiniz” sözləri və filmdən bir foto ilə birlikdə paylaşıb.

Belqrad hakimiyyəti Zaxarovanın açıqlamasına etirazını bildirib.

Aleksandr Vuçiç “Rink TV” kanalında çıxış edərək Zaxarovanın paylaşması ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirərək deyib: “Rusiyanın Serbiya ilə yaxın və dostyana münasibətlərinə lazımi dəyəri vermədiyinə görə çox təəssüflənirəm. Mariya Zaxarovanın paylaşması sadəcə özü və onu bu vəzifəyə gətirən şəxslər barəsində təsəvvür yaradır. Tərbiyəsiz və ibtidai mənəvi səviyyəsini göstərir. Onu bu vəzifəyə kim gətiribsə, o da narahat olsun. Mən onun çıxışı barəsində əlavə şərh verməyəcəyəm”.