Serbiya prezidenti Trampın açıqlamasını təkzib etdi

9

Hurriyyet.org xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ Prezidenti Donald Trampın “Belqrad səfirliyi Qüdsə köçürüləcək” açıqlamasına düzəliş edib.

Aleksandr Vuçiç deyib: “Serbiya hələlik o səhifəni açmayıb. Biz Avropa İttifaqı ilə uzlaşmaq üçün əlimizdən gələni edirik”.

Ötən həftə Kosova və Serbiya ABŞ-ın vasitəçiliyi ilə “normallaşma” razılaşmasını imzalamış, imzalama mərasimində Trampın Serbiya səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı məlum açıqlaması zamanı Serbiya prezidentinin üzünün ifadəsi müzakirə mövzusuna çevrilmişdi.