Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

198

Dağlıq Qarabağdakı qondarma rejim başçısı Araik Arutyunyanın keçirdiyi iclas uşaq bağçasında olub.

“Report” xəbər verir ki, bu, Xankəndindəki 3 saylı uşaq bağçasıdır.

“Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olar”, – şəkli şərh edərkən Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə qeyd etmişdi.