Separatçıların başçısı: Rusiya Dağlıq Qarabağın humanitar problemlərinin həllinin lokomotividir

441

Hurriyyet.org xəbər verir ki, Dağlıq Qarabağdakı separatçıların qondarma başçısı, müharibə cinayətlərinə görə Azərbaycan tərəfindən axtarışda olan Arayik Arutyunyan öz müraciətində Rusiyanın Dağlıq Qarabağdakı humanitar problemlərin həllinin lokomotivi olduğunu söyləyib: “Beynəlxalq humanitar yardımın davamlılığının təminatı mühümdür. Xarici ölkələr arasında bu işin lokomotivi Rusiyadır. Ümidvaram ki, başqa ölkələr də Rusiyadan nümunə götürəcəklər”.

Axtarışda olan Aryutunyan həmçinin, xarici investisiyanın cəlb edilməsi zərurətindən də bəhs edib.